1 sentyabr 2011 13:29
Yansen: Azərbaycan da evdə sensasiyalar edə bilir
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun əsas köməkçisi Olaf Yansen sabah keçiriləcək AÇ-2012-nin seçmə mərhələsinin Belçika ilə oyunu öncəsi bu gün mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, baş məşqçinin yüksək hərarətinin olması səbəbindən jurnalistlər önünə çıxan Yansen öncə bunları dilə gətirib:
“Kimlər ki, Berti Foqtsu tanıyır, onun qarşıya qoyulan vəzifəyə nail olduğunu bilirlər. Hazırda onun hərarəti var. Amma güman ki, komandanı oyuna çıxara biləcək”.
“Kimlər ki, Berti Foqtsu tanıyır, onun qarşıya qoyulan vəzifəyə nail olduğunu bilirlər. Hazırda onun hərarəti var. Amma güman ki, komandanı oyuna çıxara biləcək”.
“Mümkündü ki, komandanı sabahkı oyuna da siz çıxarasız” sualına isə Yansen belə cavab verdi: “Mən sahab İstambulda keçiriləcək Türkiyə - Qazaxıstan matçını izləməyə gedəcəm. Çünki belə tapşırıq almışam. Qazaxıstan yığması sentyabrın 6-da bizimlə görüşəcəyindən onları yaxından tanımaq lazımdı. Rəqibi mümkün qədər yaxşı analiz etməyə çalışırıq”.
Belçika ilə oyunun hazırlığına gəlincə, Yansen bunları dilə gətirib: “Hər şey planlaşdırdığımız kimi getdi. Futbolçularımız əllərindən gələni etməlidilər ki, sensasiyalı nəticəyə nail olsunlar. Məlum olduğu kimi, belçikalıların az qala bütün futbolçuları Avropanın aparıcı klublarında çıxış edirlər. Futbolu necə oynamaq lazım olduğunu gözəl bilirlər. Rəqibin xüsusilə hücum xətti çox güclüdü. Biz onları zərərsizləşdirməliyik”.
Sonda millimizin məşqçisi komandamızın da şanslarını dəyərləndirib: “Hər halda biz də evdə gözlənilməz sensasiyalar edə bilirik. Düzdü, Makedoniya ilə son oyunun ilk yarısında biz çox pis oynadıq. İkinci hissədə isə bizə sadəcə fiziki güc çatmadı. Əgər bu problemi yoluna qoya bilsək, hadisələrin uğurlu gedişinə ümid edə bilərik”.
