1 sentyabr 2011 13:36

“Belçikaya qalib gəlməklə Türkiyəyə kömək etmək istəyirik”

Milli komandamızın və “Qəbələ”nin müdafiəçisi Mahir Şükürov sabah keçiriləcək Belçika yığması ilə AÇ-2012-nin seçmə mərhələ oyunu öncəsi jurnalistlərlə fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bu gün keçirilən mətbuat konfransında bunları dilə gətirib:

“Çox təəssüf ki, baş məşqçimiz xəstələnib. Amma komandada əhval-ruhiyyə yaxşıdı. Doğma meydanda oynayırıq, inşallah sabah qələbə qazanmaqla azarkeşlərimizi və federasiya prezidentini sevindirərik. Belçika yığmasının heyətində yaxşı futbolçuların olduğunu qeyd edə bilərəm. Amma bizdə Brüsseldəki oyunla müqayisədə xeyli dəyişikliklər var. Məsələn, mən cinahda Əfran İsmayılovla birgə oynamalı olacam. Ümumiyyətlə, baş məşqçi kimlərə şans versə, onlar da özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlar. Ehtiyatda qalan komanda yoldaşlarıma da uğurlar arzulayıram. Sona kimi döyüşəcəyik ki, 3 xal qazanaq. Belçika yığmasını udmaqla həm öz azarkeşlərimizin üzünü güldürmək, həm də Türkiyə yığmasına kömək etmək istəyirik. Bu, niyə də olmasın? Qoy türkiyəlilər bizə azarkeşlik etsinlər. Çünki artıq yığmamız özünəinam qazanıb. Brüsseldəki oyunda formada deyildim. Klubumda az məşq etmişdim. İndi yaxşı formadayam və komandama kömək etməyə çalışacağam".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.