1 sentyabr 2011 13:53
Kamran Ağayev yaxşı oyunu yox, nəticəni seçdi
Milli komandamızın və “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev sabah keçiriləcək Belçika yığması ilə AÇ-2012-nin seçmə mərhələ oyunu öncəsi jurnalistlərlə fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bu gün keçirilən mətbuat konfransında bunları dilə gətirib:
“Millidə ab-hava həmişəki kimidi. Yaxşı nəticə qazanmaq istəyirik. Bu fikrim şablon səslənməsin. Təkcə yaxşı oyun nümayiş etdirmək haqda düşünmürük. Həm də istəyirik ki, qazandığımız sevindirici nəticə ilə azarkeşlərimizin üzünü güldürək. Təki pis oynayaq, amma nəticə qazanaq. Yaxşı oyun sərgiləyib uğursuzluqla üzləşməkdənsə, o yaxşıdı.

Baş məşqçi heç vaxt yalnış heyət qurmur. Sadəcə, hər bir çalışdırıcının öz düşüncəsi, yanaşma tərzi var. Futbolçuya uyğun heyət qurulur.
Milli hamımızındı. Yumruq kimi birləşməliyik. Doğma meydanda oynayırıq. Buna görə də azarkeşləri sevindirməliyik. Məsuliyyətimizi dərk edirik. Azarkeşlərin bizə inanmasını istəyirik.
Türkiyə yığması ilə oyunda açıq futbol oynayıb, yaxşı nəticə qazandıq. Sırf müdafiədə oynamağımız mümkün deyil. Baş məşqçinin taktikasına uyğun mübarizə aparacağıq".