1 sentyabr 2011 14:14
“Azərbaycana məğlubiyyətdən sonra ölü kimi idim”
Hollandiyalı mütəxəssis Qus Hiddink AÇ-2012-nin seçmə mərhələsində Türkiyə yığmasının Bakıda millimizə məğlub olmasını hələ də unuda bilmir. Azerisport.az xəbər verir ki, o, Qazaxıstanla sabahkı oyun ərəfəsində verdiyi açıqlamada Bakıdakı görüşü yenidən yada salıb:
“Futbol izləmədiyim yalnız 1 həftəni xatırlayıram. Azərbaycana məğlubiyyətdən sonra rəsmən ölü kimi idim (gülür). Həmin məğlubiyyətdən sonra bir həftə oyun izləmədim. Medianın hamısı olmasa da, bir qismi haqqımda yazmağa başladı ki, guya oyun izləmirəm. Bu mənə çox qəribə gəldi. Belə yanaşmanı dərk edə bilmirdim. Çünki milliyətçi bir yanaşma idi".

Xatırladaq ki, Bakıda baş tutan Azərbaycan - Türkiyə görüşündə millimiz 1:0 hesabıyla qələbə qazanmışdı.