1 sentyabr 2011 14:23

İngiltərə millimizlə oyuna altı itki ilə çıxacaq

Bu gün AÇ-2013-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisini qəbul edəcək İngiltərənin gənclərdən ibarət yığması daha iki itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, britaniyalıların baş məşqçisi Stüart Pirs Emmanuel Frimponqla Martin Kellinin də xidmətindən yararlana bilməyəcək.
 
Qeyd edək ki, müvafiq olaraq “Arsenal” və “Liverpool”un şərəfini qoruyan hər iki futbolçunun millimizə qarşı oynaya bilməməsinə zədə səbəb olub. Xatırladaq ki, bu, İngiltərə millisində ilk itkilər deyil. Frimponqla Kellidən öncə Kayl Uelker, Denni Uelbek, Coşua Makikran və Natan Beyker də sıradan çıxmışdı. Lakin son iki futbolçunun meydana çıxmaq şansının olduğu bildirilir.
 
İngiltərə - Azərbaycan görüşü bu gün Uotfordakı “Vikarec Road” stadionunda keçiriləcək. Bakı vaxtı ilə saat 23:30-da start götürəcək qarşılaşmanı Xorvatiyadan olan Domaqoy Vuçkov idarə edəcək.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.