1 sentyabr 2011 14:32
Sumqayıt Şəhər Qarabağ ilə oyuna itkilərlə hazırlaşır
Sentyabrın 11-də Premyer Liqanın 5-ci turu çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Qarabağ"ı qəbul edəcək "Sumqayıt Şəhər" hazırlığını "Dalğa Arena"da davam etdirir. Azerisport.az xəbər verir ki, U-17-nin heyətində Litvanın Palanqa şəhərində təşkil olunmuş ənənəvi beynəlxalq turnirdən qayıdan komandanın 3 futbolçusu - Orxan Əliyev, Ruslan Nəsirli və Şamil Camaləddinov artıq Bernhard Raabın sərəncamındadı.
Heyətdə yer alan 3 zədəli futbolçudan Timur İsrafilov və Murad Səttarlı komanda ilə məşqlərini davam etdirir. Bərpa prosesi keçən Abdulla Abatsiyevin isə iki həftədən sonra yaşıl meydanlara qayıdacağı gözlənilir.
"Sumqayıt"ın yeni transferi Bədavi Hüseynov isə 21 yaşadək futbolçulardan ibarət milli komandanın heyətində olduğu üçün sentyabrın 8-də kollektivə qoşulacaq.
