1 sentyabr 2011 15:01
Bakı Jabanı geri qaytarır
“Bakı” Jabanı geri qaytarır. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi yeni mövsümə uğursuz startın ardından hücum xəttindəki problemi məhz braziliyalı forvardı geri qaytarmaqla həll etməyə qərar verib.
Bu günlərdə braziliyalı rəhbərliklə görüşüb və tərəflər aradakı küsülülüyü aradan qaldırmağa razılaşıblar. Qeyd edək ki, bu yay baş məşqçi Aleksandr Starkov Jabanı intizamsızlığına görə komandadan uzaqlaşdırmışdı. Nəticədə braziliyalı transferə çıxarılmışdı.
Lakin o, özünə yeni klub tapa bilmədi. Jabanın paytaxt klubu ilə bir illik müqaviləsi qaldığından onun komandaya dönüşündə problem olmayıb.
Xatırladaq ki, “Bakı” yeni mövsümün geridə qalan 4 turunda hələ bir dəfə də qol vura bilməyib. Hətta 4 dəfə penalti qazanmasına rəğmən! Yeganə 3 xal isə “İnter”ə 0:3 hesablı texniki məğlubiyyət sayəsində qazanılıb.
