1 sentyabr 2011 15:58
Vaqif Sadıqov: Emin Mahmudovla Aleksandr Səmədov bunu gözə almalıdı
Azərbaycan yığmasının sabiq baş məşqçisi, Rusiyanın “Anji” klubunun məşqçisi Vaqif Sadıqov azerisport.az saytına müsahibəsində Emin Mahmudovla Aleksander Səmədovun millimizə dəvət olunmasından, Rusiya çempionatından, eləcə də AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Belçika və Qazaxıstanla oyunlarımızdan danışıb.
- “Anji”nin işləri necə gedir?
- “Anji” hər oyunda əla futbol sərgiləyir. Biz inamla qarşıya qoyulan məqsədə doğru irəliləyirik. Bizim əsas məqsədimiz Rusiya Premyer Liqasında ilk səkkiz komanda sırasına düşməkdi. Bundan sonra isə daha güclülərin oynayacağı final mərhələsi başlayacaq. Sonrasının necə olacağına baxarıq. Komanda hər oyunda azarkeşlərini sevindirmək istəyir.

- Samuel Eto`Onun transferindən sonra nə dəyişib?
- Eto`O özünü əsl peşəkar kimi göstərdi. “Rostov”la oyundan öncə məşqə çıxdı və maksimum güclə çalışdı. Bu komanda ilə oyunun da ikinci hissəsində meydana çıxmasına rəğmən, yaxşı oyun sərgilədi, qol vurdu. Hesab edirəm ki, Roberto Karlosla Eto`Onun klubumuza gəlişi Rusiya futbolunun səviyyəsini artıracaq. Bu, həm ölkənin, həm də “Anji”nin imicini qaldırır. Belə futbolçularla eyni komandada çalışmaq, oynamaq çox böyük üstünlükdü.
- Rusiya mətbuatı az qala hər gün “Anji”nin maliyyə imkanlarından danışır...
- Ola bilsin ki, kimlərsə “Anji”nin paxıllığını çəkirlər. Klub prezidenti Süleyman Kərimov böyük layihələr həyata keçirir. Bu, sadəcə ulduz futbolçuların alınmasından ibarət deyil. Burda söhbət kompleks işlərdən gedir. Dağıstanda 70 futbol meydançası inşa olunacaq, 7 futbol akademiyası yaradılacaq. Mahaçqalada komanda üün iki böyük stadion tikiləcək. Bütün bunlar təbii ki, bir günün işi deyil. Amma hər şey plan üzrə gedir. Belə ulduz futbolçuların gəlişi isə sadəcə gənclərdə futbola marağı artırır.
- Emin Mahmudovla Aleksandr Səmədovun Azərbaycan yığmasına dəvət almasına münasibətiniz necədi?
- Səmədov artıq özünü isbatlamış futbolçudu. Mahmudov isə hələ gəncdi və bu üzdən “Spartak”ın əsas heyətində o qədər də çox görünmür. AFFA-nın bu futbolçulara maraq göstərməsi məni çox sevindirir. Bütün bunlar milli komandamızın gələcəyi üçündü. Fikrimcə, Mahmudovla Səmədovu elə indi dəvət etməli, növbəti seçmə mərhələyə kimi hər şeyi yoluna qoymaq lazımdı. Hər iki futbolçu patriot hissini duymalı, bu dəvəti qəbul etməlidi. Əlbəttə, onlara yekun qərar üçün vaxt lazımdı. Həm Aleksandr, həm də Emin güclü Rusiya çempionatında çıxış edirlər. Amma Azərbaycan millisində çıxış etməklə Avropanın daha qabaqcıl klublarının da diqqətini çəkə bilərlər.

- Onların müsbət qərar verməsinə nə mane olur ki?
- Əgər onlar Azərbaycan millisindən gələn dəvəti qəbul etsələr, Rusiyada legioner hesab olunacaqlar. Onlara klublarında problem yarana bilər. Amma onlar Azərbaycanı seçmək istəyirlərsə, bunu gözə almalıdılar.
- Üstəlik Rusiya yığmasına dəvət almaq şanslarını da itirəcəklər...
- Son dövrlər Səmədovu tez-tez xatırlayırlar. Amma Rusiya millisinin baş məşqçisi Dik Advokat ona dəvət göndərmək istəmir. Mənə elə gəlir ki, o, Rusiyada hələ də kənar şəxs hesab olunur. Buna görə də onun üçün yenə ən yaxşı variant Azərbaycan millisidi. Elə Mahmudov üçün də. Emin hələ gəncdi, çox perspektivlidi.
- Millinin Belçika və Qazaxıstanla oyunlarından nə gözləyirsiz?
- Berti Foqts qəsdən təqvimi belə qurmuşdu ki, cavab oyunlarının çoxu evdə keçirilsin. Belə olan halda millimiz yaxşı dəstəyə malik olacaqdı. İndi komandamız baxımlı oyun sərgiləməli, nəticə qazanmalıdı. Unutmaq lazım deyil ki, bu oyunlar seçmə mərhələyə necə yekun vurmağımız baxımından vacib əhəmiyyət daşıyır. Futbolçular uğurlu çıxış etməkə Foqtsun yığmadakı gələcək taleyini də müəyyənləşdirmiş olacaqlar. Ümumiyyətlə, hesab edirəm ki, tsiklin sonunda alman öz işinə görə hesabat verməlidi. Hər halda bu, onun Azərbaycandakı ikinci tiskli idi və onun işinin nəticəsini bilmək maraqlı olardı. Onun fəaliyyətinin müsbət və mənfi cəhətlərini üzə çıxardıqdan sonra qalıb-qalmamasına qərar vermək lazımdı.