1 sentyabr 2011 16:50
“Neftçiyə qayıtmağıma çox şadam”
"Neftçi"yə qayıtmağıma çox şadam. Buna görə klub rəhbərliyi və məşqçilər korpusuna təşəkkürümü bildirirəm". Azerisport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin müdafiəçisi Tural Nərimonav deyib.
Adı flaqmanın iştirak ərizəsinə salınan gənc futbolçu bununla bağlı fikirlərini klubun rəsmi saytına bildirib: "Çalışacağam ki, mənə göstərilən etimadı doğruldum. Məqsədim məşqlərdə özümü yaxşı tərəfdən göstərib, əsas heyətdə yer almaqdır. Baş məşqçi Böyükağa Hacıyev şans verəcəyi halda, bundan maksimum yararlanmağa çalışacağam. İnanıram ki, buna nail olacağam".
