1 sentyabr 2011 17:56
"Biz Bakıda Türkiyənin səhvini təkrarlamamalıyıq"
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sabah Bakıda millimizin qonağı olacaq Belçika yığmasının yarımmüdafiəçisi Timmi Simons Azərbaycanla oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bakı səfəri öncəsi bunları dilə gətirib:
“Biz Azərbaycanla qarşıdakı oyuna optimist yanaşırıq. Düzdü, biz onları bir çox aspektlərə görə üstələyərik. Amma hər ehtimala qarşı rəqibi qiymətləndirməyə borcluyuq. Məsələn, Türkiyə kağız üzərində Azərbaycanla oyunun favoriti sayılırdı. Lakin onlar Bakıdakı oyunda 0:1 hesabıyla məğlub oldular. Biz onların səhvini təkrarlamamalıyıq”.
