1 sentyabr 2011 18:19
Jorj Leekensin Bakı planları dəyişdi
Belçika milli komandasının baş məşqçisi Jorj Leekensin bu gün keçiriləcək mətbuat konfransının vaxtı dəyişdirilib. Azerisport.az xəbər verir ki, öncədən mətbuat konfransının saat 19:15-də “Hyatt Park” otelində keçiriləcəyi xəbər verilirdi.
Lakin AFFA-nın yenicə yaydığı məlumata görə, Leekensin mətbuat konfransı Belçika yığmasının Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək mətbuat üçün açıq məşqindən dərhal sonra təşkil olunacaq. Xatırladaq ki, mətbuat üçün açıq məşq saat 18:00-da başlayıb.
