1 sentyabr 2011 20:04
Jorj Leekens: Bura qələbə üçün gəlmişik
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sabah Bakıda millimizin qonağı olacaq Belçika yığmasının baş məşqçisi Jorj Leekens bu gün yerli jurnalistlər üçün mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis öncə bunları dilə gətirib:
“Mən heç vaxt heç nədən qorxmamışam. Mən Berti Foqtsu tanıyıram və bilirəm ki, bu mütəxəssis yaxşı komanda hazırlayır. Bilirəm ki, komandanız evdə daha yaxşı oynayır, nəinki səfərdə. Azərbaycan evdə aqressiv futbol sərgiləyir ki, bu da rəqiblər üçün həmişə problem yaradır”.
“Mən heç vaxt heç nədən qorxmamışam. Mən Berti Foqtsu tanıyıram və bilirəm ki, bu mütəxəssis yaxşı komanda hazırlayır. Bilirəm ki, komandanız evdə daha yaxşı oynayır, nəinki səfərdə. Azərbaycan evdə aqressiv futbol sərgiləyir ki, bu da rəqiblər üçün həmişə problem yaradır”.
Belçikalı mütəxəssis sabah meydanda Brüsseldə uduzan komandanı görməyəcəklərinə əmindi: “Biz sabah tamam başqa futbol görəcəyik. Belçikada oyunla müqayisədə işimiz qat-qat çətin olacaq. Özü də hər iki komandanın heyətində böyük ehtimalla ciddi dəyişikliklər olacaq. Biz əlimizə düşən imkanlardan maksimum yararlanmalıyıq. Bakıya kimlər gəlibsə, çətinliklərdən xəbərdardı. Burda oynamağın necə çətin sınaq olduğunu Türkiyə yığması da bilir, “Brugge” də. Hər iki komanda 0:1 hesabıyla məğlub dönüb”.
Jurnalistlərimizin hava şəraiti ilə bağlı sualına isə Leekensin cavabı belə oldu: “Mənim komandam Səudiyyə Ərəbistanında da oynayıb. Hansı ki, orda hava şəraiti həqiqətən ciddi problem yaradırdı. Odu ki, Bakının havasının bizə əlavə çətinliklər yaradacağını düşünmürəm. Amma meydançanın vəziyyəti heç də yaxşı deyil. Amma bunu da problemə, özümüz üçün bəraətə çevirə bilmərik. Biz bura qələbə üçün gəlmişik”.
Belçikalı mütəxəssis AÇ-2012-yə getmək şanslarına da toxunub: “Bizə burda Azərbaycana qalib gəlmək lazımdı. Amma eyni zamanda Türkiyənin də Qazaxıstanla oyununu diqqətdə saxlayacağıq. Çünki onlar bizim hədəflərimizə çatmaq yolunda əsas rəqiblərimizdəndilər. Türkiyənin oyununu bir qədər gec izləməli olacağıq”.
Sonda Leekens Mpenzadan və azərbaycanlı futbolçulardan danışıb: “Komandanızın üzvlərindən danışmazdan öncə, Mpenzanın Azərbaycanda oynadığını demək istərdim. Bunu dəqiq bilirəm (gülür). Oyundan öncə futbolçularımızla söhbətdə rəqibin hər bir futbolçusunu müzakirə etmişik. Odu ki, rəqibi qiymətləndirməməkdən söhbət gedə bilməz. Azərbaycanın yaxşı futbolçuları var. Hansı ki, onlar daha güclü klublarda çıxış edə bilərlər”.
