2 sentyabr 2011 00:01
Millimiz Belçika ilə heç-heçə edib, qazaxları yenəcək
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Millinin Belçika və Qazaxıstanla oyunlarından nə gözləyirsiz” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyi ilə sizi də tanış edirik.
Beləliklə, futbolsevərlərin əksəri Berti Foqtsun komandasının bu gün Belçika ilə heç-heçə edib, sentyabrın 6-da keçiriləcək Qazaxıstanla görüşdə də qələbə qazanacağını düşünür. Hər halda sorğuya qatılanların 31 faizinin proqnozu belə olub.
Lakin respondentlərin 24 faizi komandamızın hər iki oyunda məğlubiyyətlə üzləşəcəyini güman edir. Azərbaycanın hər iki oyunda qələbə qazanacağına ümid bəsləyənlər 22 faiz təşkil etdiyi halda, komandamızın Qazaxıstanı udub, Belçikaya uduzacağını proqnozlaşdıranlar da var – 18 faiz.
Qalan variantlara üstünlük verənlər isə çox az olub.
