2 sentyabr 2011 00:11

Vergilər Nazirliyi Sumqayıtda qanunsuz totalizatorlar aşkarladı

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin və 2 saylı Ərazi Vergilər İdarəsinin Sumqayıt şəhərinin müxtəlif yerlərində birgə keçirdiyi operativ nəzarət tədbirləri zamanı qanunsuz olaraq loto, eləcə də totalizator tipli proqnoz oyunlarının təşkil olunduğu aşkar edilib. Azerisport.az xəbər verir ki, bu haqda Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsi məlumat yayıb.
 
Məlumatda bildirilir ki, Sumqayıtda vətəndaş Əzizov Elşən Nurəddin oğlunun 13-cü mikrorayon, Ü.Hacıbəyov küçəsində yerləşən "Dəniz" kafesində, Rəsulov Rəşad Hafiz oğlunun 45-ci məhəllədə yerləşən obyektində, Əmrahlı Rüfət Fikrət oğlunun 9-cu mikrorayonda yerləşən obyektində, Quluyev Azər Aydın oğlunun 45-ci məhəllədə yerləşən "Kafe-777"-də, Soltanov Ceyhun Muxtar oğlunun Nizami küçəsi, 34-cü məhəllədə yerləşən "Göyərçin" kafesində, Tarverdiyev Elvir Sabir oğlunun 10-cu mikrorayonda yerləşən "Natavan" şadlıq sarayında və Məmmədov Pərviz Bəşir oğlunun Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən "Şəms market"in arxasındakı kafedə qanunsuz olaraq loto oyunlarının təşkil olunduğu aşkar edilib.
 
Vergi əməkdaşları tərəfindən həmin obyektlərdən 4 ədəd monitor, 5 ədəd monitor üçün kamera, loto kartları və daşları, kağız loto tablosu, loto kartlarında qeydiyyat kimi istifadə olunan dəmir halqa aşkarlanaraq götürülüb.
 
Digər operativ nəzarət tədbiri zamanı isə  Sultanov Ədalət Gülməmməd oğlunun 42-ci məhəllədə yerləşən obyektində, Bayramov Orxan Elxan oğlunun "Roma çay evi 1" və Babayev Fuad Əlibaba oğlunun 4-cü mikrorayon, ev 14/19 ünvanda yerləşən "Roma çay evi 2" futbol klublarında qanunsuz olaraq totalizator tipli proqnoz oyunlarının təşkil olunduğu aşkar edilib. Həmin obyektlərdən ümumilikdə  2 ədəd noutbuk, 2 ədəd kompüter prosessoru, 1 ədəd loto oyunları  üçün çek aparatı, 1 ədəd ştrix-kod aparatı, futbol kuponları, "qara" mühasibatlıq  sənədləri aşkarlanaraq götürülüb.
 
Vergilər Nazirliyi bir daha xəbərdarlıq edir ki, xüsusi razılıq tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olan, o cümlədən qanunsuz totalizator fəaliyyəti göstərən bütün fiziki və hüquqi şəxslər barədə müvafiq tədbirlər görüləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.