2 sentyabr 2011 00:20
“Araz kimi istedadlı oyunçunun qayıtmasına yalnız sevinmək olar”
"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Araz Abullayevin komandaya geri qayıtması ilə bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, millimizin yarımmüdafiəçisinin ən azı qışa kimi paytaxt klubunda qalması ilə bağlı bunları dilə gətirib:
"Təbii ki, Araz Abdullayevin ölkə xaricində oynamasını, legioner həyatı yaşamasını çox istərdik. Lakin hazırda heyətdə zədəli futbolçuların olduğunu nəzərə alsaq, Araz kimi istedadlı oyunçunun komandaya qayıtmasına yalnız sevinmək olar".
