3 sentyabr 2011 01:33
Türkiyədən çətin, almanlardan asan qələbə (YENİLƏNİB)
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib. Azerisport.az xəbər verir ki, yığmamızla yanaşı, A qrupunda yer alan digər komandalar da növbəti görüşlərinə çıxıblar.
Belə ki, qardaş Türkiyə yığması doğma meydanda qrupun autsayderlərindən olan Qazaxıstanla qarşılaşmada sensasiyaya imkan verməməyə çalışıb. Lakin "ay-ulduzlular" buna çox çətinliklə nail olublar. Görüşdə hesabı meydan sahibləri açsa da, 55-ci dəqiqədə Konısbayevin asması zamanı top türklərin qapısına daxil olub. Bundan sonra Türkiyə yenidən hesabda önə keçməkdə xeyli çətinlik çəkib. Hətta 62-ci dəqiqədə ilk qolun müəllifi Burak Yılmazın penalti zərbəsi qapı dirəyindən dönüb. Lakin məhz son saniyələrdə, hamı görüşün heç-heçə bitəcəyini gözlədiyi bir vaxtda Arda cərimə zərbəsini dəqiq yerinə yetirərək, komandasına vacib 3 xal qazandırıb. Nəticədə türklər yığmamızın Belçikanı büdrətməsi sayəsində qrup ikinciliyinə yüksəliblər.
Qrupumuzun itkisiz irəliləyən favoriti Almaniya isə doğma meydanda Avstriyanı qəbul edib. Yoahim Lövün komandası demək olar ki, bu qarşılaşmada asan qələbəyə sevinib. Hər halda elə rəqib qapısında altı qolun keçirilməsi bunu sübut edir.
AÇ-2012-nin seçmə mərhələsi
2 sentyabr
A qrupu
Türkiyə - Qazaxıstan - 2:1 (1:0)
Qollar: B.Yılmaz, 31, Arda, 90+6 - Konısbayev, 55.
İstambul. Türk Telekom Arena.
Matçın 62-ci dəqiqəsində B.Yılmaz penaltidən yararlana bilməyib
Almaniya – Avstriya - 6:2 (3:1)
Qollar: Kloze, 8, Özil, 24; 47, Podolski, 28, Şörl, 84 - Arnautoviç, 42, Harnik, 51, Qotse, 89.
Helzerkinhen. “Aufşalke” stadionu.
| 1 | Almaniya | 8 | 8 | 0 | 0 | 28 | - | 5 | 24 |
| 2 | Türkiyə | 7 | 4 | 1 | 2 | 11 | - | 8 | 13 |
| 3 | Belçika | 8 | 3 | 3 | 2 | 16 | - | 11 | 12 |
| 4 | Avstriya | 7 | 2 | 1 | 4 | 12 | - | 16 | 7 |
| 5 | Azərbaycan | 7 | 1 | 1 | 5 | 6 | - | 19 | 4 |
| 6 | Qazaxıstan | 7 | 1 | 0 | 6 | 3 | - | 17 | 3 |
