3 sentyabr 2011 02:10

Seçmə mərhələdə 11 cavabsız qolla qələbə (YENİLƏNİB)

AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib. Azerisport.az xəbər verir ki, yığmamızla, eləcə də A qrupunda yer alan digər komandalarla yanaşı, qitənin digər yığmaları da növbəti görüşlərinə çıxıblar.

B qrupunda şərikli liderlik edən İrlandiya və Slovakiya yığmalarının dueli daha maraqla gözlənilirdi. Lakin bu komandalar yenə sülhə razılaşıblar və əvvəlki mövqelərində qalıblar. Onların daha bir şəriki Rusiya isə Makedoniyanı məğlub yola salmağı bacarıb. Hələ ki, xala həsrət olan Andorra da Ermənistanla ev oyununda siftə etməyə çalışsa da, buna nail ola bilməyib.

C qrupunun lideri İtaliya Farer adalarından itkisiz dönməyi bacarıb. Şimali İrlandiya evdə Serbiyaya uduzduğu halda, liderin əsas izləyicisi Sloveniya da gözlənilmədən Estoniyaya məğlub olub.
 
D qrupunda Belarus - Bosniya-Herseqovina görüşü daha çox maraq doğururdu. Bosniyalılar meydan sahiblərindən daha güclü çıxıblar. Albaniyanın qonağı olan Fransa da qələbə qazanmaqla liderliyini möhkəmləndirib. Səfərdə Lüksemburqla qarşılaşan Rumıniya da şanslarını yaxşılaşdırıb.

E qrupunun lideri Hollandiya isə San Marino ilə ev oyununda rəqibinə divan tutub. Gecənin ən qollu qarşılaşmasında meydan sahibləri cırtdan ölkə yığmasını qol yağışına tutub. Eyni xala malik Finlandiya və Moldova yığmalarının duelindən də meydan sahibləri qalib ayrılıb. Macarıstan isə İsveçi məğlub etməklə, bu rəqibi ilə xallarını bərabərləşdirib.

F qrupunda da maraqlı görüşlər olub. Lider Yunanıstan səfərdə əsas izləyicisi İsraillə qarşılaşıb və minimal hesablı qələbəyə sevinib. Liderin digər əsas izləyicisi Xorvatiya xala həsrət Maltanın qonağı olub və sürprizə imkan verməyib. Qonşu Gürcüstan isə doğma meydanda Latviya yığmasına uduzub.
 
G qrupunda Bolqarıstan və Uels müvafiq olaraq eyni xala malik İngiltərə və Çernoqoriya yığmalarını qonaq edib. İngilislər rəqibini səfərdə darmadağın edib. Uels isə rəqibini məğlub yola salıb.
 
H qrupunda vəziyyət daha gərgindi. Amma üç şərikli liderdən ikisi – Portuqaliya və Norveç istirahət edən Danimarkadan fərqli növbəti 3 xalı hesabına yazıb. Norveç İslandiyanı məğlub edibsə, Portuqaliya da Kipri darmadağın edib.

I qrupunda isə cəmi 1 qarşılaşma keçirilib. Autsayderlər - Litva və Lixtenşteyn Kaunasda üz-üzə gəliblər. Tərəflər qolsuz sülhə razılaşıblar.
 
AÇ-2012-nin seçmə mərhələsi
2 sentyabr

B qrupu
 
Andorra – Ermənistan - 0:3 (0:1)
Qollar: Pitselli, 35, Qazaryan, 75, Mxitaryan, 90+2-pen.
 
Rusiya - Makedoniya - 1:0 (1:0)
Qol: Semşov, 41.
 
İrlandiya - Slovakiya - 0:0 (0:0)
 
1 Rusiya 7 5 1 1 10 - 4 16
2 İrlandiya 7 4 2 1 11 - 6 14
3 Slovakiya 7 4 2 1 6 - 4 14
4 Ermənistan 7 3 2 2 13 - 7 11
5 Makedoniya 7 1 1 5 5 - 9 4
6 Andorra 7 0 0 7 1 - 16 0
 
C qrupu
 
Farer adaları - İtaliya - 0:1 (0:1)
Qol: Kassano, 10.
 
Şimali İrlandiya - Serbiya - 0:1 (0:0)
Qol: Panteliç, 67.
 
Sloveniya - Estoniya - 1:2 (0:1)
Qollar: Matavs, 78 - Vasilyev, 29-pen, Purye, 81.
 
1 İtaliya 7 6 1 0 15 - 1 19
2 Sloveniya 8 3 2 3 10 - 6 11
3 Serbiya 7 3 2 2 9 - 9 11
4 Estoniya 8 3 1 4 9 - 12 10
5 Şimali İrlandiya 7 2 3 2 7 - 4 9
6 Farer adaları 9 1 1 7 5 - 23 4
 
D qrupu
 
Belarus - Bosniya-Herseqovina - 0:2 (0:2)
Qollar: Salihoviç, 21-pen, Medunyanin, 24.
 
Lüksemburq - Rumıniya - 0:2 (0:2)
Qollar: Torye, 34; 45.
 
Albaniya - Fransa - 1:2 (0:2)
Qol: Boqdani, 46 - Benzema, 11, Vila, 18.
 
1 Fransa 7 5 1 1 11 - 3 16
2 Bosniya-Herseqovina 7 4 1 2 10 - 7 13
3 Belarus 8 3 3 2 6 - 4 12
4 Rumıniya 7 3 2 2 10 - 6 11
5 Albaniya 7 2 2 3 5 - 8 8
6 Lüksemburq 8 0 1 7 1 - 15 1
 
E qrupu
 
Finlandiya - Moldova - 4:1 (2:0)
Qollar: Hamalaynen, 11; 43, Forssel, 52-pen, Armas, 70-öz qapısına - Alekseyev 85.
 
Macarıstan – İsveç - 2:1 (1:0)
Qollar: Szabiçs, 44, Rudolf, 90 - Vilhelmsson, 61.
Matçın 19-cu dəqiqəsində meydan sahiblərinin üzvü Haynal penaltidən yararlana bilməyib
 
Hollandiya - San Marino - 11:0 (3:0)
Qollar: Van Persi, 7; 65; 67; 79, Sneyder, 12; 17; 87, Kuyt, 49, Huntelar, 56; 77, Viynaldum, 89.
 
1 Hollandiya 7 7 0 0 32 - 5 21
2 İsveç 7 5 0 2 21 - 8 15
3 Macarıstan 8 5 0 3 20 - 14 15
4 Finlandiya 7 3 0 4 15 - 12 9
5 Moldova 7 2 0 5 8 - 13 6
6 San Marino 8 0 0 8 0 - 44 0

F qrupu
 
İsrail – Yunanıstan - 0:1 (0:0)
Qol: Ninis, 60.
 
Gürcüstan - Latviya - 0:1 (0:0)
Qol: Çauna, 64.
 
Malta – Xorvatiya - 1:3 (1:2)
Qollar: Mifsud, 39 - Vukojeviç, 11, Badelj, 33, Lovren, 68.
 
1 Yunanıstan 7 5 2 0 9 - 3 17
2 Xorvatiya 7 5 1 1 13 - 4 16
3 İsrail 8 4 1 3 10 - 8 13
4 Gürcüstan 8 2 3 3 5 - 6 9
5 Latviya 7 2 1 4 6 - 9 7
6 Malta 7 0 0 7 3 - 16 0

G qrupu

Bolqarıstan – İngiltərə - 0:3 (0:3)
Qollar: Keyhil, 13, Runi, 21; 45. 
 
Uels – Çernoqoriya - 2:1 (1:0)
Qollar: Morison, 29, Ramzey, 50 - Yovetiç, 71.
 
1 İngiltərə 6 4 2 0 14 - 3 14
2 Çernoqoriya 6 3 2 1 5 - 3 11
3 İsveçrə 5 1 2 2 7 - 7 5
4 Bolqarıstan 6 1 2 3 2 - 9 5
5 Uels 5 1 0 4 3 - 9 3
 
H qrupu
 
Norveç - İslandiya - 1:0 (0:0)
Qol: Abdellaoue, 88-pen.
 
Kipr - Portuqaliya - 0:4 (0:1)
Qollar: Ronaldo, 35-pen; 82, Almeyda, 84, Danni, 90+4.
 
1 Portuqaliya 6 4 1 1 15 - 7 13
2 Norveç 6 4 1 1 7 - 4 13
3 Danimarka 5 3 1 1 7 - 4 10
4 Kipr 5 0 2 3 5 - 12 2
5 İslandiya 6 0 1 5 2 - 9 1
 
I qrupu
 
Litva - Lixtenşteyn - 0:0 (0:0)
 
1 İspaniya 5 5 0 0 15 - 5 15
2 Çexiya 5 3 0 2 6 - 3 9
3 Litva 6 1 2 3 3 - 8 5
4 Şotlandiya 4 1 1 2 4 - 5 4
5 Lixtenşteyn 6 1 1 4 3 - 10 4

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.