1 sentyabr 2011 11:38
Mahir Şükürov: Bunu özümüz də istəmirik, utanırıq
Millimizin və “Qəbələ”nin müdafiəçisi Mahir Şükürov azerisport.az saytına müsahibəsində qarşıdan gələn AÇ-2012-nin seçmə mərhələsinin Belçika və Qazaxıstanla oyunlarından danışıb.
- Millinin qarşıdakı oyunlarından nə gözləyirsiz?
- Bizi çətin oyunlar gözləyir. Belçika AÇ-2012-nin final mərhələsinə çıxmaq uğrunda mübarizəsini davam etdirir. Qazaxıstan da zəif rəqib deyil. Hər iki oyunu öz meydanımızda keçirəcəyik. Deməli həm də motivasiya yaxşı olacaq. Ciddi hazırlaşırıq. Berti Foqts bayramla əlaqədar bizi evə də buraxmışdı. Buna görə çox sağ olsun.
- O, ilk dəfə idi sizi belə sevindirirdi?
- Xeyr. Əvvəllər də belə olmuşdu. Əlbəttə ki, əgər oyun evdə olurdusa.
- Xeyr. Əvvəllər də belə olmuşdu. Əlbəttə ki, əgər oyun evdə olurdusa.
- İlk rəqib Belçikadı. Şansları necə dəyərləndirirsiz?
- Şanslar bərabərdi. Çünki doğma azarkeşlərimizin gözü qarşısında oynayacağıq. Qələbə çox ideal nəticə olardı. Amma heç-heçə də pis nəticə sayıla bilməz.
- Şanslar bərabərdi. Çünki doğma azarkeşlərimizin gözü qarşısında oynayacağıq. Qələbə çox ideal nəticə olardı. Amma heç-heçə də pis nəticə sayıla bilməz.
- Heç kimə sirr deyil ki, belçikalılar bizi hər şeydə üstələyirlər. Nəyə ümid edirsiz?
- Elə olmağına elədi. Amma Türkiyə də bizi hər şeydə üstələyirdi. Amma bizim onları məğlub etməyimizə heç nə mane olmadı. Həmin gün oyuna çox yaxşı köklənmişdik. Həmin istəyi sentyabrın 2-də də görəcəksiz. Türkiyəyə qarşı necə oynamışdıqsa, Belçikaya qarşı da elə oynayacağıq.

- Belə iddialı açıqlamalar uduzduğumuz oyunlardan da öncə səslənib. Qorxmursuz ki, yenə xalqı məyus edərsiz?
- Biz belçikalılara müqavimət göstərəcəyik. Uşaqlar Brüsseldəki darmadağını unutmayıblar. Bakıda onlara kifayət qədər çətin olacaq. Əminəm ki, bizi böyük sayda azarkeş ordusu dəstəkləyəcək. Uduzduğumuz oyunlara gəlincə, biz özümüz də bunu istəmirik, utanırıq. Xüsusilə də evə oyunlarında.
- İlk oyunun nəticəsi qazaxlarla görüşə də təsir edə bilər?
- İlk oyunun nəticəsindən asılı olmayaraq, Qazaxıstanla oyuna tam fərqli köklənmə olacaq. Onlarla bizim xüsusi haq-hesabımız var. Düzdü, Astanadakı oyunda mən iştirak etməmişdim. Komandamız orda zəif oynamışdı. Uduzmamalı idilər. İndi evdə oynayırıq və göstərməliyik ki, həmin yenilgi tamamilə təsadüf idi. Qazaxları məğlub etməkdən başqa çıxış yolumuz yoxdu.