1 sentyabr 2011 11:47
PFL Böyük oyunla bağlı yeni qərar qəbul etdi
Premyer Liqanın 5-ci turunun "Xəzər Lənkəran" - "Neftçi" oyunu ilə bağlı Peşəkar Futbol Liqası qərarını açıqlayıb. Azerisport.az xəbər verir ki, qurum "Böyük oyun"un vaxtının dəyişdirilməsi ilə bağlı xəbərləri təsdiqləyib.
PFL-in bununla bağlı yaydığı açıqlamada bildirilir ki, "Xəzər Lənkəran" - "Neftçi" oyunu canlı yayımla əlaqədar olaraq və klubların Peşəkar Futbol Liqasına ünvanladığı qarşılıqlı razılıq məktublarına əsasən 11 sentyabrdan 10 sentyabr tarixinə keçirilib.
