1 sentyabr 2011 11:58
Qəbələnin məşqçisi Azərbaycan millisində
Belçika və Qazaxıstanla oyunlara hazırlaşan millimizin bu gün açıq məşqi keçirilib. Azerisport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan məşqə "Qəbələ"nin baş məşqçisi Toni Adamsın əsas köməkçisi Qari Stivens də qatılıb.
İngilis mütəxəssis məşqi izləyərək, qeydlər aparıb. Daha sonra isə o, yığmanın baş məşqçisi Berti Foqtsla söhbətləşib.
Əldə etdiyimiz məlumata görə, onun bu addımı atmasında əsas səbəb PRO məşqçi kateqoriyası almağa hazırlaşmasıdı.
