1 sentyabr 2011 00:10
Belçika yığmasının Bakıda meydana çıxacaq start heyəti
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 2-də Bakıda millimizin qonağı olacaq Belçika yığmasının baş məşqçisi Jorj Leekens Azərbaycanla oyun üçün əsas heyəti müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun ilk dəqiqələrindən aşağıdakı futbolçuları meydana buraxmağa hazırlaşır:
Simon Ninolye, Tobi Alderveyreld, Vinsent Kompani, Yan Vetongen, Nikolas Lomberts, Maruan Fellaini, Timmi Simons, Aksel Vitsel, Dres Mertens, Romelu Lukaku, Eden Hazard.
Qeyd edək ki, bu heyət Belçika mətbuatının rəyinə əsasən açıqlanıb. Yəni hansısa oyunçu ilə bağlı baş məşqçinin son anda fərqli qərarı da mümkündü.
Azərbaycan – Belçika oyunu sentyabrın 2-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.
