1 sentyabr 2011 12:09
İngiltərənin millimizlə oyun üçün start heyəti
İngiltərənin gənclərdən ibarət yığmasının AÇ-2013-ün seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Azərbaycanla ev oyunu üçün start heyəti müəyyənləşib. Azerisort.az xəbər verir ki, baş məşqçi Stüart Pirs millimizə qarşı ilk dəqiqələrdən aşağıdakı heyəti meydana buraxmağa hazırlaşır.
Cek Batlend, Con Flanaqan, Kreyq Dauson, Stiven Kolker, Matteu Briqqs, Cordan Henderson, Cek Roduell, Aleks Okleyd-Çemberlen, Henri Lensberi, Natan Delfuneso, Konnor Uikhem.
Qeyd edək ki, İngiltərə - Azərbaycan matçı Uotforddakı “Vikarec Road” stadionunda keçiriləcək. Bakı vaxtı ilə saat 23:30-da start götürəcək qarşılaşmanı Xorvatiyadan olan Domaqoy Vuçkov idarə edəcək.
