2 sentyabr 2011 01:20
İngilislər Azərbaycan futboluna qiymət verdilər - 6:0 (YENİLƏNİB)
Bu gün futbol üzrə gənclərdən ibarət yığma komandamız yeni tsiklə start verib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisi AÇ-2013-ün seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxıb.
Futbolçularımızın ilk rəqibi isə qrupumuzun favoriti – İngiltərə yığması idi. Uotforddakı “Vikarec Road” stadionunda keçirilən görüşdə yığmamızın sürprizə imza atacağını onsuz da heç kim gözləmirdi. Xorvatiyadan olan Domaqoy Vuçkovun idarə etdiyi görüşdə yalnız minimal hesabla uduzmağa ümid edə bilərdik.
Amma Stüart Pirsin yetirmələri yığmamıza düz 6 cavabsız qol vurdular. Beləcə, Azərbaycan U-21-i yenə seçmə mərhələyə də biabırçı yenilgi ilə başlamış oldu. Komandamız növbəti oyununu sentyabrın 6-da səfərdə Belçikaya qarşı keçirəcək.
AÇ-2013-ün seçmə mərhələsi
8-ci qrup
1 sentyabr
İNGİLTƏRƏ - AZƏRBAYCAN - 6:0 (3:0)
Qollar: Douson, 5; 89, Lensberi, 21; 73, Henderson, 45, Ueqhorn, 79.
Baş hakim: Domaqoy Vuçkov (Xorvatiya)
Uotford. “Vikarec Road” stadionu.
İNGİLTƏRƏ: 1. Cek Batlend, 2. Conatan Flenaqan, 3. Metyu Briqqs, 4. Cek Roduell, 5. Stiven Kolker, 6. Kreyq Douson, 7. Aleks Oksleyd-Çemberlen, 8. Cordan Henderson (k), 9. Konnor Uikhem, 10. Henri Lensberi, 11. Netan Delfaunso.
Ehtiyat oyunçular: 13. Ben Emos, 12. Co Bennet, 14. Andre Uinsdom, 15. Ross Barkli, 16. Conco Şelvi, 17. Marvin Sordell, 18. Martin Ueqhorn.
Baş məşqçi: Stüart Pirs.
AZƏRBAYCAN: 12. Osman Umarov, 2. Qara Qarayev, 3. Tərlan Quliyev, 4. Bədavi Hüseynov, 5. Novruz Məmmədov, 6. Mirhüseyn Seyidov, 7. Araz Abdullayev, 9. Orxan Həsənov, 10. Eşqin Quliyev, 15. Amit Quluzadə, 19. Cihan Özkara.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 8. Emin Mustafayev, 11. Kamil Nurəhmədov, 13. Mixail Zaytsev, 20. Hacı Əhmədov, 21. Cavid İmamverdiyev, 23. Tural İsgəndərov.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 8. Emin Mustafayev, 11. Kamil Nurəhmədov, 13. Mixail Zaytsev, 20. Hacı Əhmədov, 21. Cavid İmamverdiyev, 23. Tural İsgəndərov.
Baş məşqçi: Bernard Lippert.
Komandalar medana çıxdılar
Hər iki ölkənin dövlət himnləri səslənir
Oyun başladı. Millimizə uğurlar arzulayırıq!
1. Yığmamız oyuna başlayan tərəf oldu
1. Elə ilk dəqiqədə meydan sahibləri təhlükəli hücum qursa da, Hendersonun zərbəsi azacıq yan keçir
5. Korner zamanı Douson başla dəqiq oynayaraq hesabı açır - 1:0
8. İngilislər qoldan sonra da topu özlərində saxlamağa çalışırlar
10. Meydan sahiblərinin növbəti təhlükəli hücumu qeyri-dəqiq zərbə ilə tamamlanır
11. Komandamızın ilk hücumunu müdafiəçilər zərərsizləşdirirlər
12. Delfaunsonun zərbəsi kornerə çıxır
13. Korner zamanı yenə Douson fərqlənməyə yaxın olsa da, bu dəfə dəqiq olmur
16. İngilislərin sürətli hücumu nəticəsiz qalır
19. Amit Quluzadə rəqibini əllə saxladığı üçün sarı vərəqə ilə cəzalanır
21. Sol cinahla hücum quran ingilislərin cərimə meydançamıza asması zamanı sanki tək olan Lensberi heç bir maneəyə rast gəlmədən akrobatik zərbə ilə fərqi artırır - 2:0
24. Amit rəqibinə qarşı çox kobud oynasa da, hakim onu bağışlayır
26. Millimizin yerinə yetirdiyi cərimə zərbəsini meydan sahibləri kornerə çıxarırlar
27. Künc zərbəsindən heç nə alınmır
30. İngilislərin hücumu zamanı azarkeşlər yerdə qalan futbolçuya görə penalti tələb etsələr də, daha çox simulyasiya vardı
32. Eşqin Quliyevin qapıya doğru zərbəsi çox aralı keçir
33. Çemberlenin zərbəsində azacıq dəqiqlik çatışmır
34. Umarov çıxışda inamlı oynayaraq qola imkan vermir
38. İngilislər millimizi təzyiqdə saxlamağa davam edirlər. Lakin zərbələri dəqiq alınmır. Komandamız isə meydanın rəqibə aid hissəsinə keçməkdə, top saxlamaqda çətinlik çəkir
40. Oyunun tempi hissənin sonlarında bir qədər aşağı düşüb
45. Henderson cərimə meydançası həndəvərindən dəqiq zərbə ilə daha bir qol vurur - 3:0
45. İlk yarıya 1 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Lippert ilk yarıda daha çox kobud oyunla yadda qalan Amitin əvəzində meydana Cavid İmamverdiyevi buraxır
46. Səlahət Ağayev meydan sahiblərinin hücumu zamanı topu tutur
48. Komandamız ikinci hissəyə hücumlarla başlayıb. Özkara qapıçı ilə üz-üzə qalsa da, zərbəsini qapıçı tutur
52. İmamverdiyevin uzaqdan zərbəsi dəqiq olmur
55. Flanaqan Qara Qarayevi cinahla irəliləyərkən yıxdığına görə sarı vərəqə alır
56. Millimizin cərimə zərbəsi zamanı Özkara topu başla tora qovuşdurmaq istəsə sə, qapıçı əla reaksiya ilə buna imkan vermir
57. Futbolçularımız fasilədən sonra tam fərqli oyun sərgiləyirlər. Maraqlıdı, bunu ilk yarıda da etmək olmazdımı?
60. Briqqsin uzaqdan qüvvətli zərbəsini Ağayev qaytara bilir
66. İngilislərin çox təhlükəli hücumu zamanı sadəcə bəxtimiz gətirir
68. Millimizin təhlükəli hücumunu İmamverdiyev qeyri-dəqiq zərbə ilə tamamlayır
69. Stüart Pirs birdən-birə iki əvəzləməyə əl atır: Delfaunsonun əvəzində meydana Sordell, Uikhemin əvəzində isə Uekhorn çıxır
72. Sordell qapıçımızla üz-üzə qalsa da, zərbəsi azacıq yan keçir
73. Amma az sonra cərimə meydançamızda yaranan qarışıqlıq zamanı Lensberi özünün ikinci, komandasının dördüncü qolunu vurur - 4:0
75. Oyuna fəal qoşulan Sordell daha bir qol imkanını əldən verir
76. Millimizdə Orxan Həsənov yerini Tural İsgəndərova verir
77. İnilislərin künc zərbəsi təhlükəli, amma qeyri-dəqiq zərbə ilə tamamlanır
79. Çemberlen yerini Şelviyə buraxır
79. Ueqhornun uzaqdan zərbəsi xeyli irəli çıxan Səlahətin səhvi nəticəsində qapımıza daxil olur - 5:0
85. Şelvi sarı vərəqə ilə cəzalanır
88. Eşqin Quliyevin əvəzində meydana Emin Mustafayev çıxır
89. Növbəti künc zərbəsi və Duosonun başla növbəti qolu - 6:0
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
Oyun başa çatdı
