1 sentyabr 2011 00:21
İngiltərə KİV-indən “Henderson – Abdullayev dueli” yorumu
İngiltərə mətbuatı bu gün AÇ-2013-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək İngiltərə - Azərbaycan oyununa maraqlı aspektdən yanaşıb. Azerisport.az xəbər verir ki, onlar bu görüşü Cordan Henderson – Araz Abdullayev dueli kimi qiymətləndiriblər.
Qeyd edək ki, Henderson İngiltərə U-21-nin əsas liderlərindəndi. “Liverpool”da çıxış edən bu futbolçu Premyer Liqanın son turunda “Bolton”la oyunda qol da vurmağa nail olub.
Araz Abdullayev isə məhz bu ölkənin “Everton” klubuna məxsusdu. Lakin burda çıxış etmək hüququ qazana bilmədiyi üçün həmyerlimiz Yunanıstanın PAOK klubuna icarəyə verilib.
