1 sentyabr 2011 12:23
Arsenalın forvardı: Azərbaycan ilə oyunda qələbə çox vacibdi
İngiltərənin gənclərdən ibarət yığmasının, eləcə də “Arsenal”ın forvardı Alek Oksleyd-Çemberlen bu gün keçiriləcək AÇ-2013-ün Azərbaycanla seçmə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, açıqlamasında bunları dilə gətirib:
“Biz bilirik ki, seçmə mərhələyə qələbə ilə başlamaq necə vacibdi. Hamımız bu oyuna köklənmişik. Biz 3 gün əla məşqlər etmişik. Əgər biz bütün bacarığımızı meydanda göstərə bilsək, onda müsbət nəticə mütləq qazanılacaq”.