1 sentyabr 2011 00:38
“O, Azərbaycanla oyuna tam hazır deyil”
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Bakıda millimizin qonağı olacaq Qazaxıstan yığmasının baş məşqçisi Miroslav Beranek komandasının aparıcı oyunçularından olan Kazbek Qeteriyevin Türkiyə və Azərbaycanla oyunlara çağırılmamasına aydınlıq gətirib. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis jurnalistlərə açıqlamasında bunları dilə gətirib:
“Mən onunla danışdım. Bildiyiniz kimi, Qeteriyev komandasını dəyişdi. İndi artıq “Alaniya”dadı. Futbolçu mənimlə söhbətində həm də bildirdi ki, hələ bu oyunlara tam hazır deyil. Bir aydı məşq etmir. Bu üzdən də biz risk etmək istəmədik. Özü də onun mövqeyinə bizdə başqa futbolçular var. Fikrimcə, onlar layiqli əvəzləyici ola biləcəklər”.
