1 sentyabr 2011 12:51
UEFA millinin Qazaxıstan ilə oyununun hakimini dəyişdirdi
AÇ-2012-nin seçmə mərhələsində sentyabrın 6-da keçiriləcək Azərbaycan – Qazaxıstan oyununu idarə edəcək hakimlərin siyahısında dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, UEFA referi köməkçisi Anders Norrestandın əvəzində Bakıya başqa hakim göndərməyə qərar verib.
Buna onun zədələnməsi səbəb olub. Bu üzdən də millimizin oyununda onu Jakob Bille əvəzləyəcək. Qeyd edək ki, o da Danimarkadandı.
Sonda sentyabrın 6-da, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda startı veriləcək Azərbaycan – Qazaxıstan oyununu idarə edəcək hakimləri bir daha diqqətinizə çatdırırıq:
Hakimlər: Anders Hermansen, Martin Vulf, Jakob Bille, Kenn Pii Hansen (hamısı Danimarka).
Hakim-inspektor: Marinus Koopman (Hollandiya).
UEFA nümayəndəsi: Velid İmamoviç (Bosniya və Herseqovina).
