1 sentyabr 2011 13:00
Foqtsun səhhətində problem yarandı
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sabah keçiriləcək Belçika ilə oyundan öncəki mətbuat konfransına gəlməyib. Azerisport.az xəbər verir ki, o, öz əvəzində jurnalistlərlə görüşə əsas köməkçisi Olaf Yanseni göndərib.
Almaniyalı məşqçi açıqlamasında Foqtsun mətbuat konfransına gəlməməsinin səbəbini də izah edib. Onun sözlərinə görə, millimizin baş məşqçisinin səhhətində problem var.
Qeyd edək ki, səhhətiylə əlaqədar mətbuat konfrasında iştirak etmədiyi bildirilən Foqts bu gün saat 11:00-da Tofiq Bəhramov adına Respublika stadionunda millini açıq məşqə çıxarıb. Belədə bir saat kəsiyində almaniyalı mütəxəssisin səhhətinin niyə pisləşdiyi maraq doğurur.
