2 sentyabr 2011 13:22
“Azərbaycanla oyun çox gözəl təcrübə oldu”
İngiltərənin gənclərdən ibarət yığmasının (U-21) üzvü Henri Lensberi AÇ-2013-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri ilk oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, London “WestBromvich”in müdafiəçisi 6:0 hesablı qələbə qazandıqları görüşdən sonra bunları dilə gətirib:
“Bu, mənim üçün çox gözəl təcrübə, komandamız üçün isə əla start oldu. Mənim vurduğum qollara gəlincə, əgər komanda yoldaşların sənə belə gözəl asmalar verə bilirsə, o zaman irəli getmək və qapıya belə zərbələr endirmək lazımdı”.
