2 sentyabr 2011 01:17
Vaqif Cavadovun klubunda yeni prezident
Vaqif Cavadovun çıxış etdiyi "Volqa"nın yeni prezidenti müəyyənləşib. Azerisport.az xəbər verir ki, millimizin üzvünün klubuna bundan sonra Sergey Anisimov başçılıq edəcək.
O, indiyədək klubun icraçı direktoru vəzifəsində çalışıb. Klubdakı növbəti dəyişikliklərlə yağlı yaxın günlərdə əlavə məlumat veriləcək.
Qeyd edək ki, "Volqa"nın prezidenti Aleksey Qoyxman avqustun 28-də istefa vermişdi. O, bunu sevimli biznesi ilə məşğul olmaq istəyi ilə əlaqələndirmişdi.
