2 sentyabr 2011 01:08
XL Böyük oyunun hazırlıqlarına Redniksiz başladı
"Xəzər Lənkəran"ın futbolçularına verilmiş üç günlük istirahət başa çatıb. Azerisport.az xəbər verir ki, komanda ötən gün Lənkərana yollanıb.
Günorta saatlarında klubun bazasına çatan "Xəzər Lənkəran" axşam Lənkəran şəhər stadionunda məşqə çıxıb. Bununla da "Neftçi" ilə sentyabrın 10-da baş tutacaq "Böyük oyun"un hazırlıqları başlayıb.
Mirça Rednik Lənkərana dönmədiyindən məşqə baş məşqçinin köməkçsi Mihay Teja rəhbərlik edib. Həmçinin fiziki hazırlıq üzrə məşqçi Ciovanni Melkiorre və futbolçu Andrey Mureşan da Lənkərana dönməyib. Onların viza problemini həll edib, bu gecə gələcəyi gözlənilir.
Məşqə 15 futbolçu qatılıb: Kamal Bayramov, Orxan Sadıxlı, Elvin Beqiri, Katalin Doman, Eder Bonfim, Opara Emeka, Adrian Pits, Alim Qurbanov, Antonio Semedo, Şəhriyar Xəlilov, Dejan Rusiç, Roberto Qomeş, Mario Rosas, Zahid Quliyev, Habil Nurəhmədov.
Kamran Ağayev, Elnur Allahverdiyev, Rahid Əmirquliyev və Branamir Subaşiç milli komandanın düşərgəsində olduğundan komandanın düşərgəsində deyil. Julius Vobay isə hələ də əvəzedici heyətdə məşqlərə çıxır. (12-ci oyunçu)
