2 sentyabr 2011 01:47
Əfran İsmayılov: Bakıda həmin səhvləri təkrarlamamalıyıq
Azərbaycan yığmasının və “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov bu gün AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində qarşılaşacaqları Belçika ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Brüsseldə keçirilən ilk oyunda Belçika çox sürətli oyun sərgiləmişdi. Onlar hücuma tez keçirlər, sürətli və düşünülmüş hücumlar qururlar. Həmin oyunda biz çoxlu səhvlərə yol verdik və heç cür özümüzə gəl bilmədik. Nəticədə də elə ağır yenilgiylə üzləşdik. Lakin bu dəfə evdə oynayırıq. Bakıda həmin səhvləri təkrarlamamalıyıq”.