2 sentyabr 2011 13:51
“Əlimdən gələni edəcəyəm ki, yenidən milliyə çağırılım”
"Neftçi"nin futbolçusu Fərid Quliyev klubun rəsmi saytına açıqlama verib. Azerisport.az xəbər verir ki, hücumçu adının flaqmanın iştirak ərizəsinə salınmasına münasibət bildirib:
"Qısa müddətdən sonra "Neftçi"yə döndüyüm üçün sevinirəm. Mənə yenidən etimad göstərdiklərinə görə klub rəhbərliyi və məşqçilər korpusuna minnətdaram. Əlimdən gələni edəcəyəm ki, "Neftçi"nin əsas heyətində oynayıb, yenidən milli komandaya çağırılım. Baş məşqçi Böyükağa Hacıyevin şans verəcəyi halda, özümü sübut etməyə çalışacağam".
