2 sentyabr 2011 01:55
Vensan Kompani: Biz Bakıda 3 xal qazana bilərik
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində bu gün Bakıda millimizin qonağı olacaq Belçika yığmasının müdafiəçisi Vensan Kompani Azərbaycanla oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, İngiltərənin “Manchester City” klubunun aparıcı oyunçusu bunları dilə gətirib:
“Biz Bakıda 3 xal qazana bilərik. Əgər rəqibi lazımınca qiymətləndirə və tam oyuna köklənə bilsək, Azərbaycanı məğlub edə bilərik”.
“Biz Bakıda 3 xal qazana bilərik. Əgər rəqibi lazımınca qiymətləndirə və tam oyuna köklənə bilsək, Azərbaycanı məğlub edə bilərik”.
Qeyd edək ki, Azərbaycan – Belçika oyunu bu gün Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
