2 sentyabr 2011 14:01
Emil Mpenza: Leekens mənə zəng edə bilər
“Neftçi”nin hücumçusu Emil Mpenza hesab edir ki, yenidən Belçika yığmasında oynaya bilər. Azerisport.az xəbər verir ki, o, açıqlamasında millidən dəvət gözlədiyini gizlətməyib:
“Mən sonuncu dəfə yığmaya çağırılanda artıq komandada Maruan Fellaini ilə Yan Vertongen də vardı. Bu, çox şən idi. Mən yığmadan pozitiv hisslərlə getdim. Amma lazım olsa, Jorj Leekens yenidən mənə zəng edə bilər”.