2 sentyabr 2011 14:32
“Neftçi Azərbaycanın ən yaxşı klubudu”
“Neftçi”nin hücumçusu Emil Mpenza hesab edir ki, onun komandası Belçika çempionatında çıxış edə bilər. Azerisport.az xəbər verir ki, belçikalı legioner ölkəsindən olan jurnalistlərə açıqlamasında bunları dilə gətirib:
“Neftçi” Belçika çempionatında rahat çıxış edə bilər. Yüksək yerlər üçün mübarizə aparmağımız çətin olardı. Amma ilk onluqda dəqiq yer ala bilərdik. Burda, Azərbaycanda “Neftçi” ən yaxşı klubdu. Belçikada “Anderlecht” kimi. Biz daim güclü təzyiq altındayıq. Bir dəfə məğlub olan kimi, altı ay komandada böhran olduğundan danışılır”.