2 sentyabr 2011 02:23
Beşiktaş Schalkenin futbolçusunu aldı (FOTO)
Türkiyənin "Beşiktaş" klubu Almaniyanın "Schalke" klubunda forma geyinən Eduardo Qonsalves de Olivyeranı heyətinə qatıb. Azerisport.az xəbər verir ki, bu barədə klub rəsmi açıqlama yayıb.
Qeyd edək ki, 29 yaşlı braziliyalı hücumçu vətənində "Santos", "Guarani", CRAC, Cənubi Koreyada "Suvon Bluevings", Almaniyada isə "Bochum", "Mainz" və "Schalke" klublarının şərəfini qoruyub.
Almaniya klubu braziliyalı futbolçusunu "Beşiktaş"a icarəyə verib. Yeni komandasında bir il icarə əsasında oynayacaq Edunun "Schalke" ilə 2013-cü ilə qədər müqaviləsi var. Ötən mövsüm "Schalke"nin heyətində 13 oyuna çıxan 29 yaşlı futbolçu cəmi 4 qol vura bilib.
