2 sentyabr 2011 15:21
Filippo İnzaqiyə böyük şok!
İtaliyanın “Milan” klubunun canlı əfsanəsi Filippo İnzaqi UEFA Çempionlar Liqasından kənarda qalıb. Azerisport.az xəbər verir ki, bununla bağlı qərarı "Milan"ın baş məşqçisi Massimilano Alleqri verib.
Baş məşqçi İnzaqini hazır saymadağı üçün adını Çempionlar Liqasının sifariş ərizəsinə daxil etməyib. Alleqri futbolçunun Çl-də çıxış etmək qabiliyyətində olmadığını bildirib. Baş məşqçi bu qərarı vermək üçün çətinlik çəkdiyini etiraf edib və İnzaqinin tezliklə əvvəlki formanı yığmasını arzu etdiyini deyib.
38 yaşlı Pippo ləqəbli forvard Çempionlar Liqası tarixində 70 qol vurub. O, bu göstəricidə yalnız "Schalke"nin hücumçusu Rauldan geri qalır. Raul bu turnirdə 73 dəfə rəqib torunu silkələyib. Bu mövsüm İnzaqinin Raulu ötmək şansı olsa da, Alleqri bu şansın üstündən xətt çəkib. "Schalke" Çempionlar Liqasına vəsiqə qazanmadığı üçün Raul da qollarının sayını artıra bilməyəcək.
