2 sentyabr 2011 15:48
Əfran İsmayılov: Əks halda küçəyə çıxa bilmərik
Azərbaycan yığmasının yarımmüdafiəçisi Əfran İsmayılov azerisport.az saytına müsahibəsində AÇ-2012-nin Belçika ilə oyunundakı şanslarımızdan, eləcə də qarşıdan gələn Qazaxıstanla oyundan danışıb.
- Belçika və Qazaxıstanla oyunlar bizim üçün çox vacibdi. Komandanın qarşısında Belçika ilə heç-heçə edib, Qazaxıstana qalib gəlmək vəzifəsi durur. Bizim sadəcə başqa çıxış yolumuz yoxdu. Seçmə mərhələ sona yaxınlaşır. Bizimsə cəmi üç xalımız var. Özü də biz sonuncu dəfə Türkiyəni evdə məğlub etmişdik. Odu ki, yenidən doğma meydanda azarkeşlərimizi sevindirməyin əsl vaxtıdı. Bütün komanda bu iki oyunda 4 xala köklənib.

- Bu vəzifənin öhdəsindən gəlməyiniz nə qədər realdı?
- Hesab edirəm ki, Türkiyəyə qarşı oynadığımız futbolu sərgiləyə bilsək, rəqibimizə çox çətin olacaq. Belçika çox ciddi komandadı. Onlar hər şeyə elə ilk 45 dəqiqədə aydınlıq gətirməyə çalışacaqlar. Amma onlarla heç-heçə haqda düşünmək olar. Qazaxıstana gəlincə, burda hər şey aydındı. Bizi ancaq qələbə qane edəcək. Əks halda küçəyə çıxa bilmərik.

- Martdakı oyunda yığmamız Brüsseldə heç nə göstərə bilməmişdi...
- Belə komandaya qarşı səfərdə oynamaq çox çətin idi. Onların bütün futbolçuları xarici çempionatlarda çıxış edirlər. İlk oyunda Belçika çox sürətli futbol sərgiləmişdi. Onlar çox sürətli hücumlar qururdular. Biz müdafiədə çoxlu səhvlərə yol verdik, özümüzə heç cür gələ bilmədik. Evdə bunları təkrarlamamalıyıq.
- Amma komandamızda hələ də qol vuracaq forvard yoxdu...
- Lazımdı ki, qol haqda bütün komanda düşünsün. Yalnız hücumçulardan qol gözləmək düzgün olmazdı. Siz Azərbaycanın Türkiyəyə qarşı necə oynadığını gördünüz? Həmin oyunda qolu Rəşad Sadıqov vurdu. Qazaxıstanı isə məğlub etməyə sadəcə borcluyuq. Əlbəttə, rəqibə hörmət edirik, bilirik ki, Bakıya elə-belə gəlmirlər. Amma bizi Astanada elə də ciddi oyun sərgiləmədən yenən komandanı udmaqdan başqa çıxış yolumuz yoxdu.
- Astanadakı oyundan öncə də bütün futbolçularımız belə danışırdılar...
- Amma bu dəfə hər şey daha ciddidi. Tsikl sona yaxınlaşır. Yığma sadəcə 3 xalla qala bilməz. Biz Belçika və Qazaxıstandan xal almağa köklənmişik. Bu iki oyundan 4 xal toplamağımız tam realdı. Ən pis halda Qazaxıstanı yenməklə 3 xal götürməliyik. Əgər bunu da bacarmasaq, o zaman heç bir bəhanəmiz olmayacaq.
- AFFA Emin Mahmudovla Aleksandr Səmədovu yığmaya çağırmaq istəyir. Necə düşünürsüz, onlar milliyə kömək edə bilərlər?
- Hər ikisi Rusiyada çıxış edirlər, yığmanı gücləndirə bilərlər. Onları komandada görmək maraqlı olardı. Səmədov haqda çoxdandı eşidirik. Aydın məsələdi ki, onun daha böyük təcrübəsi var. Həmçinin Mahmudovun da müsbət qərar verməsini çox istərdim. Əgər onlar yığmamızda çıxış etməyə razı olsalar, nəyəsə nail ola bilərik.