2 sentyabr 2011 16:02
Qazaxıstan yığması və baş məşqçisi Bakıda jurnalistlərlə görüşəcək
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da, Tofiq Bəhramov adına Respublika stadionunda millimizlə qarşılaşacaq Qazaxıstan yığmasının mətbuat üçün açıq məşqinin və baş məşqçi Miroslav Beranekin mətbuat konfransının vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu haqda AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, baş məşqçi Miroslav Beranekin mətbuat konfransı sentyabrın 5-də, 18:30 Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bundan yarım saat sonra isə Qazaxıstan yığması mərkəzi arenada son məşqə çıxacaq. Hazırlıq prosesinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.
