2 sentyabr 2011 16:20
Ramin Musayev: Ümid edirik ki, onların gələcəkdə də pulları olacaq
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bu gün keçirilən birinci divizionun yeni mövsümünün püşkatmasında çıxış edərək, regionlardan olan klubların çoxluğundan sevincini dilə gətirib. Azerisport.az xəbər verir ki, o, açıqlamasında bunları dilə gətirib:
“Biz çox şadıq ki, çempionatımızda bölgə klublarının sayı artır. Bakı komandalarının hegemonluğu isə nisbətən azalır. İndi artıq Gəncə birdən artıq komanda ilə təmsil olunmağa başlayıb. Bu şəhərin bir komandası Premyer Liqada, digəri birinci divizionda çıxış edəcək. Ümid edirik ki, bu klubların gələcəkdə də çempionatda iştirak etmək üçün pulları olacaq. Əks halda bizə yeni kimlərisə kiminləsə əvəzləmək lazım gələcək. Hansı ki, bu mövsüm “Abşeron”un timsalında belə problemlə üzləşdik”.