2 sentyabr 2011 17:01
Millimizlə Foqts KİV qarşısına fərqli günlərdə çıxacaq
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da, Tofiq Bəhramov adına Respublika stadionunda Qazaxıstan yığmasını qəbul edəcək Azərbaycan milli komandasının mətbuat üçün açıq məşqinin və baş məşqçi Berti Foqtsun mətbuat konfransının vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu haqda AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, sentyabrın 4-də millimiz Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda açıq məşqə çıxacaq. Daha doğrusu hazırlıq prosesinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq. Məşq saat 10:00-da başlayacaq.
Baş məşqçi Berti Foqtsun mətbuat konfransı isə bir gün sonra baş tutacaq. Belə ki, almaniyalı mütəxəssis jurnalistlərlə sentyabrın 5-də görüşəcək. Saat 12:30-da başlayacaq tədbri “Aeroport otel”də gerçəkləşəcək.
