2 sentyabr 2011 17:14

Ramin Musayev: Son mövsümdə xoşa gəlməyən məqamların şahidi olduq

Futbol üzrə Azərbaycan birinci divizionunun püşkatma mərasimində iştirak edən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev yeni mövsümdə yarışların reqlamentinə edilən dəyişikləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Azerisport.az xəbər verir ki, o, açıqlamasında bunları dilə gətirib:
 
“Ötən mövsümdən fərqli olaraq bu mövsüm birinci divizionun qalibi olacaq komanda birbaşa Premyer Liqada iştirak etmək hüququ qazanacaq. İkinci yerin sahibi isə Premyer Liqanın on birinci pilləsində qərarlaşmış komandası ilə pley-off oyunlarında qarşılaşacaq. Bu mübarizədən qalib ayrılan komanda Premyer Liqada iştirak etmək hüququ qazanacaq.
 
Ötən mövsüm bir sıra maraqlı qarşılaşmalar oldu. Ancaq xoşa gəlməyən bəzi məqamların da şahidi olduq. “Abşeron” klubunun guya Premyer Liqada iştirakının bilərəkdən kimlərsə tərəfindən qarşısının alınması ilə bağlı bəzi söz-söhbətlər tamamilə yanlış məlumatdı. Biz Premyer Liqada iştirak etmək hüququ qazanmış hər bir komandaya dəstək oluruq, onlara əlimizdən gələn köməkliyi göstərməyə çalışırıq. Əgər komandanın Premyer Liqada iştirakına maddi vəziyyəti imkan vermirsə, bu halda nə etmək olar?
 
Biz istəyirik ki, Premyer Liqada iştirak edən region klublarının sayı çox olsun. Region komandaları Premyer Liqada çıxış edəndə həmin rayonun rəhbərliyi də özündə məsuliyyət hiss edir, regionların abadlaşdırılması, yeni stadionların tikilməsi istiqamətində işlər görülür. Bu mənada biz istərdik ki, “Abşeron” klubu Premyer Liqada çıxış etsin. Amma “Abşeron” klubu bizdən asılı olmayan səbəblərdən Premyer Liqada iştirak edə bilmədi”.
 
Birinci divizionda çıxış edən komandaların heyəti əsasən gənc azərbaycanlı futbolçulardan təşkil olunub. Bu da ölkə futbolu üçün böyük töhfədir. Millimiz üçün yeni futbolçuların yetişməsi baxımından bu komandaların böyük əhəmiyyəti var. Hər bir komandaya uğurlar arzulayıram.”
 
Daha sonra püşkatma mərasimi keçirildi və birinci divizionda ilk turun qarşılaşmaları məlum oldu. Beləliklə, 10-11 sentyabr tarixlərində baş tutacaq “Karvan” - MOİK, “Şahdağ” - “Muğan”, “Bakılı” - “Energetik”, “Neftçala” - “Qaradağ Lökbatan”, “MKT-Araz” - “Şəmkir”, “Həkəri” - “Göyəzən”, “Şuşa” - “Tərəqqi” qarşılaşmaları ilə futbol üzrə Azərbaycan birinci divizionunun 1-ci turu start götürəcək. Püşkatmanın nəticəsinə əsasən “Lokomotiv” klubu ilk turda iştirak etməyəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.