2 sentyabr 2011 17:24
“Biz inanmalıyıq ki, belçikalıları məğlub edə bilərik”
Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov millimizin AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində bu gün qarşılaşacağı Belçika ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Məncə bu oyunu daha çox Qazaxıstanla matç öncəsi hazırlıq adlandırmaq olardı. Bu oyunda qazanılacaq yaxşı nəticə qazaxlarla görüşdə daha parlaq oyun sərgiləməyimizə kömək edəcək. Həm hücumda, həm də müdafiədə daha yaxşı oynamağımız lazımdı. Komandamızdakı əsas problemlərdən biri psixoloji hazırlıqla bağlıdı. İstənilən halda hər uşaqların bu oyuna köklənməsindən asılı olacaq. Amma rəqibdən qorxmağa dəyməz. Hətta Belçikaya məğlub da olsaq, layiqli futbol sərgiləməliyik. Baxmayaraq ki, bu oyunda nəticə çox vacibdi. Həm yığma, həm də azarkeşlər üçün. Biz inanmalıyıq ki, belçikalıları məğlub edə bilərik”.