2 sentyabr 2011 17:43
Vilmots: Azərbaycan evdə tam fərqli oyun sərgiləyir
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində bu gün Bakıda millimizin qonağı olacaq Belçika yığmasının məşqçisi Mark Vilmots Azərbaycanla oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o,bunları dilə gətirib:
“Biz uşaqlara Azərbaycanın Türkiyə və Almaniya ilə ev oyunlarının videoyazasını göstərmişik. Evdə bu komanda tamamilə fərqli oyun sərgiləyir. Top saxlaya, qol buraxmaya, təhlükəli hücumlar qura bilirlər. Amma biz də elə səviyyədə oynamalıyıq ki, bu kimi çətinliklərə rəğmən, istədiyimiz nəticəni qazana bilək. Odu ki, bütün oyunçular tam olaraq Azərbaycanla görüşə köklənməlidilər”.
