2 sentyabr 2011 18:02

“Hər oyunda meydana yalnız qələbə üçün çıxacağıq”

Futbol üzrə Azərbaycan birinci divizionunun birinci turunun oyunları 10-11 sentyabr tarixlərində keçiriləcək. Azerisport.az xəbər verir ki, “Şuşa” çempionata ciddi hazırlaşır.
 
Klubun prezidenti Azəri Hüseynovun verdiyi məlumata görə, komanda formalaşdırılarkən əsasən gənclərə üstünlük verilib: “Biz çalışacağıq ki, çempionatda uğurlu çıxış edək. Bizim əsas məqsədimiz mümkün qədər müvəffəqiyyətlə iştirak etməkdi. Bu mövsüm heyətimizə əsasən 1992-1993-cü il təvəlüdlü futbolçuları cəlb etmişik. Məqsədimiz 21 yaşa qədər olan perspektivli futbolçuları müəyyən edib səviyyələrini yüksətmək, gələcək üçün hazırlamaqdı”.
 
“Mövsümə yaxşı hazırlaşmışıq. Futbolçularımız mənəvi və fiziki cəhətdən özlərini tam hazır hiss edirlər. Komandada əhval-ruhiyyə yüksəkdi. Ümid edirəm ki, Nadir Qasımovun rəhbərliyi ilə “Şuşa” klubu çempionatda uğurlu nəticələrə imza atacaq. İlk turda  Gəncənin “Tərəqqi” komandasını qəbul edəcəyik. Bu komanda haqqında heç bir məlumatım yoxdu, tanımadığımız rəqibdi. Amma ilk oyunda qalib gəlib çempionata uğurlu nəticə ilə başlamaq istəyirik. Biz hər bir oyunda yalnız qələbə üçün meydana çıxacağıq”.
 
Qeyd edək ki, “Şuşa” keçən mövsüm olduğu kimi bu il də ev oyunlarını “Şəfa” stadionunda keçirəcək. (PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.