2 sentyabr 2011 18:23
Türkiyə yığmasında Gökhan Gönül şoku
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində bu gecə Qazaxıstan yığmasıyla qarşılaşacaq Türkiyə millisi ağır itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, komandanın son məşqlərində onsuz da lazımıi güclə iştirak edə bilməyən "ay-ulduzlular"ın aparıcı müdafiəçisi Gökhan Gönül növbəti dəfə zədələnib.
Daha öncə qabırğasının əzilməsindən əziyyət çəkən və müalicə olunan Gökhan avqustun 31-də həmin yerdən növbəti dəfə zərbə alıb. Bu üzdən o, dünənki son məşqi də buraxmalı olub.
Həkimlərin ətraflı müayinəsindən sonra onun zədəsinin ciddi olduğu və bir neçə gün məşq edə bilməyəcəyi müəyyənləşib. Belədə futbolçu Qazaxıstan və Avstriya ilə oyunları buraxmalı olacaq. Artıq , bu oyunlar üçün çağırılan heyətdən çıxarılıb.
Qeyd edək ki, Türkiyə bu axşam Qazaxıstanla, 4 gün sonra isə səfərdə Avstriya ilə qarşılaşacaq.
