2 sentyabr 2011 18:32
Əsgər Abdullayev Belçika ilə oyunda uğurun yolunu göstərdi
Azərbaycan yığmasının sabiq baş məşqçisi Əsgər Abdullayev millimizin AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində bu gün qarşılaşacağı Belçika ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində “Turan”ın hazırkı çalışdırıcısıbunları dilə gətirib:
“İstənilən rəqibi məğlub etmək olar. Futbolda əsas odu ki, psixoloji cəhətdən buna hazır olasan. Bundan əlavə azarkeşlərin dəstəyi də vacibdi. Bu da ev oyunlarında həmişə olur. Futbolçulara sadəcə meydana çıxıb layiqli oynamaq qalır. Aydın məsələdi ki, Belçika səfərdə oynamasına rəğmən hücum edəcək, boş oturmayacaq. Biz mütləq əks-hücumlardan maksimum yararlanmağa çalışmalıyıq. Üstəlik, standart vəziyyətlərdən də ağıllı istifadə etmək lazımdı. Belçika güclü komandadı. Amma onlarla oynamaq olar”.
