2 sentyabr 2011 19:03
“Qarşımıza elitaya vəsiqə qazanmağı məqsəd qoymuşuq”
Yeni mövsüm birinci divizionda çempionluğa ən real namizədlərdən hesab olunan Lökbatanın “Qaradağ Lökbatan” klubu hazırlıqlarının bir hissəsini qonşu Gürcüstanda keçirib. Azerisport.az xəbər verir ki, bu barədə klub rəsmisi Akif Məmmədov məlumat verib:
“Təlim-məşq toplanışının birinci mərhələsində hazırlıqlarımıza Bakıda başladıq. İlkin mərhələdə məqsədimiz futbolçuları seçmək idi. Kluba 40-a yaxın futbolçu dəvət etmişdik. Onlar arasından komandada çxış edəcək futbolçuları seçib təlim-məşq toplanışının ikinci mərhələsində Tiflisə yollandıq. Bu mərhələdə əsas məqsəd komandanın formalaşması idi. Dörd qarşılaşma keçirdik və hamısında qalib gəldik. Qeyd edim ki, rəqiblərimiz heç də zəif komandalar deyildi”.
Akif Məmmədov “Qaradağ Lökbatan” klubunu yaradarkən qarşılarına qoyduqları məqsədlərdən də danışdı: “Qarşımıza gənc futbolçular yetişdirmək və Premyer Liqaya vəsiqə qazanmağı məqsəd qoymuşuq. Çox demokratik, saf, açıq püşkatma keçirildi. Püşkatmanın nəticəsinə görə ilk turda səfərdə “Neftçala” klubu ilə qarşılaşacağıq. Yaxşı komandadı, amma “Qaradağ Lökbətan”a bərabər komanda deyil”. (PFL)
