2 sentyabr 2011 19:14

Beşiktaş – Maccabi oyunları keçirilməyə bilər

Avropa Liqasının iyulun 15-də İstanbulda keçirilməli olan "Beşiktaş" (Türkiyə) - "Maccabi" (Təl-Əviv, İsrail) baş tutmaya bilər. Azerisport.az xəbər verir ki, buna səbəb Türkiyə ilə İsrail arasında yaranan siyasi qalmaqaldı.
 
Belə ki, Türkiyə bu gün İsraillə bütün diplomatik və hərbi əlaqələrini dondurduğunu açıqlayıb. Xarici işlər naziri Əhməd Davudoğlu İsrailin "Mavi Mərmərə olayı"na Türkiyədən üzr istəməyəcəyi və Qəzza zolağındakı blokadanı qaldırmayacağı halda əlaqələrin bərpa olunmayacağını bildirib. Nazir həmçinin qeyd edib ki, hər iki ölkənin səfirləri yaxın günlərdə ölkələrinə yollanacaqlar.
Bu səbəbdən "Beşiktaş" - "Maccabi" oyununun keçirilməsi təhlükə altına düşüb. Oyunun hansı şəraitdə keçiriləcəyi, ümumiyyətlə baş tutub-tutmayacağı bilinmir.
 
Məsələ ilə bağlı açıqlama verən "Beşiktaş"ın vitse-prezidenti Metin Keçeli 15 sentyabrda "İsmet İnönü" stadionunda baş tutacaq oyunun hazırlıqlarını davam etdirdiklərini bildirib: "Xarici İşlər Nazirliyindən bununla bağlı bizə heç bir qərar göndərilməyib. Həm polis, həm də biz oyunla bağlı gərəkli təhlükəsizlik tədbirlərini görəcəyik. Təbii ki, hadisələrin inkişafını diqqətlə izləyirik. Əgər proseslərdə hansısa bir dəyişiklik baş verərsə, Xarici İşlər Nazirliyinin bizə verəcəyi tapşırığı yerinə yetirəcəyik".
 
Klub rəsmisi 1986-1987 mövsümündə Cənubi Kiprin APOEL komandası ilə eyni qrupa düşdüklərini xatırlayıb: "Həmin vaxt da ilk oyun İstanbulda keçiriləcəkdi. Lakin rəqibimiz Türkiyəyə gəlmədi və biz texniki qələbə qazandıq. İkinci oyun üçün biz Cənubi Kiprə getmişdik. Amma ölkəyə daxil olmağımıza ciddi maneələr yaradılmışdı".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.